2027-ci ildə icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisinə nəzərən 2 milyard 639,5 milyon manat və ya 5,9 faiz artım deməkdir.
NUHÇIXAN Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, icmal büdcə xərcləri isə növbəti ildə 50 milyard 386,7 milyon manat proqnozlaşdırılıb. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 547,4 milyon manat və ya 3,2 faiz çoxdur. 2027-ci il üzrə icmal büdcədə 2 milyard 777,9 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılıb.
