Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 0,5 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, hesabat dövrü ərzində qaz nəqlinin 56,1 faizi (15 milyard 38,1 milyon kubmetr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
