Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

A- A A+

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 536,9 min ton neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.

Dövlət Statistika Komitəsindən  NUHÇIXAN-a bildirilib ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,6 min ton və ya 2,6 faiz çoxdur.

Bu ilin sentyabrın 1-i vəziyyətinə ölkədə hazır sözügedən məhsulların ehtiyatı 34,7 min ton təşkil edib.

Hesabat dövründə Azərbaycanda 104,6 min ton neft bitumu, 161,9 min ton isə neft koksu istehsal edilib. Ötən ilin ilk 8 ayındakı göstərici ilə müqayisədə ölkədə neft bitumu istehsalı 54,9 min ton və ya 34,4 faiz azalıb, neft koksu istehsalı isə 12,1 min ton və yaxud 8,1 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: