Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,7 faiz artıb.
Cari ilin 8 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 4802 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 114,1 min manat vəsait daxil olub.
