Sentyabrın 17-də Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Səhiyyə komitəsinin fəaliyyəti barədə məlumat verib.
Daha sonra komitə sədri Səhiyyə komitəsinin cari ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib.
İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.
