Monqolustan Azərbaycanla birbaşa aviareyslərin tezliklə işə salınacağını gözləyir

A- A A+

Monqolustan Azərbaycanla birbaşa hava əlaqəsinin tezliklə işə salınacağını gözləyir.

Bu barədə NUHÇIXAN Monqolustan mediasına istinadən xəbər verir.

Ölkələr arasında birbaşa hava əlaqəsi Azərbaycanın altı şəhərindən Monqolustanın üç şəhərinə reyslərin həyata keçirilməsini nəzərdə tuta bilər.

Söhbət Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqatala, eləcə də Ulan-Bator, Xovd və Çoybalsandan gedir.

Qeyd edilib ki, reyslərin icrasına artıq yaxın vaxtlarda başlanıla bilər. Monqolustan aviaşirkətləri də Azərbaycanın altı şəhərinə reyslər həyata keçirmək hüququ əldə edəcəklər.

Tərəflər həmçinin bir və ya bir neçə aviaşirkət təyin etmək və kod-şerinq formasında əməkdaşlığa icazə vermək barədə razılığa gəliblər.

Xatırladaq ki, bu gün Azərbaycan Milli Məclisinin müvafiq komitəsi Monqolustanla hava əlaqəsi haqqında sazişi müzakirə edib. Sənəd iki ölkə arasında sərnişin və yük daşımalarının, eləcə də baqaj və poçtun daşınmasının həyata keçirilməsi üçün hüquqi əsas yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: