Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyev sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.
Nazir bildirib ki, mis istehsalı əhəmiyyətli dərəcədə artırılacaq: “Qızıl istehsalı isə həm mövcud, həm də yeni layihələr hesabına genişləndiriləcək. Nəticədə mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması gözlənilir. Qeyd edim ki, bu rəqəm 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanmış proqnozdur”.
