Dağ-mədən və metallurgiya layihələri böyük kapital və uzunmüddətli maliyyə tələb edir. Buna görə dövlətlə yanaşı, özəl sektor, o cümlədən bank maliyyələşməsi daxil olmaqla, beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır. Səsləndirdiyiniz göstərişlərə görə təşəkkür edirəm.
NUHÇIXAN xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyev sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.
Nazir bildirib ki, iri layihələrin cəlbi üçün vergi, gömrük və investisiya təşviqləri də təkmilləşdirilməlidir. Sənaye və nəqliyyat infrastrukturuna dəstəyin genişləndirilməsi vacib istiqamətlərdən biridir. Sahə üzrə elmi potensialın artırılması, araşdırma və inkişafın dəstəklənməsi, həmçinin təhsil-sənaye əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulan istiqamətlərdəndir.
