Bu il sentyabrın 1-nə muxtar respublikada qeydiyyatda olan onlayn nəzarət kassa aparatlarının (NKA) sayı 3401 ədəd olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, yeni nəsil NKA-lardan istifadənin genişləndirilməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb.
2026-cı ilin yanvar–avqust aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 405,6 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75 milyon manat və ya 27,9 faiz çoxdur.
