Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

A- A A+

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hesabat dövründə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən ümumilikdə 9123 elektron müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 93 faiz artım qeydə alınıb.

Qeyd edək ki, elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi xidmətlərə çıxış imkanlarını asanlaşdırmaqla yanaşı, vaxta qənaət etməyə, işlərin tam şəffaf və rahat şəkildə həll olunmasına da kömək edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: