Bu ilin yanvar–avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4 128,2 ton unlu qənnadı məmulatları, 18,2 ton şəkərli qənnadı məmulatları, 428,9 ton şəkər və qənd, 156,9 min dekalitr meyvə şirələri və 108,3 ton ayran istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 3,5 dəfə, şəkər və qənd istehsalı 10,2 faiz, meyvə şirələrinin istehsalı 71,7 faiz, ayran istehsalı isə 2,5 dəfə artıb.
