Azərbaycanın strateji valyuta ehtiyatları 41 aylıq idxalı qarşılamağa kifayətdir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması" mövzusunda panel sessiyada deyib.
T.Kazımov qeyd edib ki, manatın məzənnəsi 2017-ci ildən bəri sabit qalıb.
“Avqust ayının sonuna olan məlumata görə, Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyard dollar təşkil edib. Bu, illik ümumi daxili məhsulun dəyərindən çoxdur. Strateji ehtiyatlar həm də manatla geniş pul təklifindən 3,5 dəfə böyükdür. Xarici dövlət borcu ÜDM-in cəmi 6 faizi səviyyəsindədir”, – deyə Mərkəzi Bankın sədri qeyd edib.
