Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş "Cahangirbəyli" Kiçik Su Elektrik Stansiyası fəaliyyətə başladığı dövrdən bu ilin sentyabr ayınadək 45,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə NUHÇIXAN-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin yaradılması "yaşıl enerji"nin inkişafına, istixana effekti yaradan qazların emissiyasının azaltmasına, ətraf mühitin qorunmasına və təmiz şəhər mühitinin formalaşmasına mühüm töhfə verir.
Qeyd edək ki, "Cahangirbəyli" KSES 2023-cü ilin 28 sentyabrında istismara verilib. Ümumi gücü 10,5 MVt olan "Cahangirbəyli" KSES hər biri 5,25 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.
