“NaxçıvanBank” ailə təsərrüfatlarına illik 10 faiz dərəcəsi ilə kredit verir

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması ilə əlaqədar “NaxçıvanBank” Açıq Səhmdar Cəmiyyəti ailə təsərrüfatlarının inkişafı məqsədilə illik 10 faiz dərəcəsi ilə güzəştli kredit təqdim edir.

“NaxçıvanBank”ın 2019-cu il 1 may tarixə kredit portfeli 69 milyon 282 min manat olub. Kredit portfeli biznes, sənaye, tikinti, ipoteka, istehlak, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Cari ilin 4 ayı ərzində bu sahələrin inkişafı məqsədilə 14 milyon 694 min manat kredit verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən muxtar respublikada ailə təsərrüfatları ilində ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılması dəstəklənir, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyi göstərilir.

Bank zaminsiz və girovsuz 2 min manatadək 24 ay müddətində güzəştli yeni kredit məhsulu təqdim edir və təsərrüfat sahiblərinin bu maliyyə dəstəyindən faydalanmasını  tövsiyə edir. Bununla bağlı muxtar respublikada təsərrüfat subyektlərinin məlumatlandırılması məqsədilə sosial şəbəkələrdə və yerli mətbuatda müvafiq elanlar verilib. Təsərrüfat subyektləri bununla bağlı “NaxçıvanBank”ın baş ofis və filiallarına yaxınlaşaraq sadə rəsmiləşdirmə əməliyyatları ilə “Ailə təsərrüfatı krediti”ni əldə edə bilərlər.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: