Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

A- A A+

Bu ilin 3-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 149 icazə verilib.

Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 141, ixracı üzrə 5, tranziti üzrə 2 icazə verilib.

Hesabat dövründə, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1 icazənin verilməsi təmin olunub.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: