Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

A- A A+

Keçən il ərzində Maliyyə Monitorinq Xidməti (MMX) tərəfindən hüquq-mühafizə orqanlarına 95 məlumat göndərilib ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 22 vahid və ya 30 faiz çoxdur.

NUHÇIXAN MMX-yə istinadla xəbər verir ki, hesabat dövründə xidmət tərəfindən hüquq-mühafizə orqanlarına 320 fiziki və 502 hüquqi şəxs barədə məlumat ötürülüb, bu məlumatlar 116 şübhəli hesabat əsasında təqdim edilib. O cümlədən 2025-ci il ərzində vergidən yayınma və qanunsuz mərc oyunlarının vasitəçiliyi ilə əlaqədar 20 vergiödəyicisi və 416 fiziki şəxs barədə Dövlət Vergi Xidmətinə məlumat ötürülüb.

Cari dövr ərzində hüquq-mühafizə orqanlarına ötürülmüş məlumatların 91 vahidini öhdəlik daşıyan şəxslər tərəfindən göndərilmiş hesabat, 3 vahidini xarici maliyyə kəşfiyyatı orqanı tərəfindən daxil olmuş məlumat, bir vahidini isə vətəndaş tərəfindən Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə ünvanlanmış müraciət təşkil edib.

Hesabat ilində xidmət tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilmiş məlumatlar əsasında 7 cinayət işi açılıb, bunlardan 2 iş Cinayət Məcəlləsinin (CM) 193-1-ci maddəsi, 5 iş CM-in digər maddələri ilə bağlı olub.

Ötən il hüquq-mühafizə orqanlarından 214 sorğu daxil olub ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən (138) 76 vahid və ya 55 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: