Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

A- A A+

Azərbaycan ərazisindən keçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu Rusiya üçün son dərəcə böyük əhəmiyyət kəsb edir.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bu, həqiqətən də son dərəcə mühüm layihədir və biz onun həyata keçirilməsi üzərində azərbaycanlı və iranlı tərəfdaşlarımızla fəal işləyirik”, - deyə o bildirib.

M.Zaxarova oktyabrın 5-də Moskvada Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, baş nazir müavinləri Aleksey Overçuk və Şahin Mustafayev arasında keçirilmiş görüşə də münasibət bildirib. Danışıqlarda hər iki ölkənin aidiyyəti nazirlik və qurumlarının nümayəndələri iştirak ediblər.

Onun sözlərinə görə, görüş konstruktiv mühitdə keçib. Tərəflər iqtisadi-ticari, investisiya, sənaye, energetika, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlığın aktual məsələlərini konkret müzakirə ediblər.

Mədəniyyət və təhsil sahəsində əməkdaşlığa ayrıca diqqət yetirilib. Moskva mədəni-humanitar əlaqələrin fəallaşdırılmasının zəruriliyini vurğulayıb. Rusiya XİN nümayəndəsinin qiymətləndirməsinə görə, son vaxtlar bu sahədə əlaqələr əməkdaşlığın digər istiqamətlərindən nəzərəçarpacaq dərəcədə geri qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: