Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56 min 810 vergiödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,9 faiz, hüquqi şəxslərin sayı isə 7,1 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artaraq 1966 olub.
Cari ilin yanvar-sentyabr aylarında kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.
