Azərbaycan Mərkəzi Bankı 20 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan NUHÇIXAN-a verilən məlumata görə, mayın 20-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.8962 manat təşkil edir.
1 türk lirəsi 0.2805 manat, 1 rus rublu 0.0263 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.6199 manatdır.