Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 12 milyard 816,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 faiz çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, xidmətlərin 7 milyard 652,2 milyon manatı (59,7 faizi) yük daşınması, 3 milyard 495,5 milyon manatı (27,3 faizi) sərnişin daşınması, 1 milyard 668,9 milyon manatı (13 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.

Nəqliyyat sektorunda 183,1 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çox yük daşınıb. Yüklərin 63,5 faizi avtomobil, 25,1 faizi boru kəməri, 7,6 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı ilə daşınıb.

Hesabat dövründə 1 milyard 771,3 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çox sərnişin daşınıb. Sərnişinlərin 90,5 faizi avtomobil nəqliyyatı, 8,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: