Sentyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalı əvvəlki aya nisbətən 920 min barel artaraq sutkalıq 25 milyon 97 min barelə çatıb.
NUHÇIXAN OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, ötən ay ən böyük hasilat artımı Səudiyyə Ərəbistanında müşahidə olunub. Ölkənin gündəlik hasilatı 744 min barel artaraq 8 milyon bareli keçib. İraqda gündəlik artım 386 min barel olub.
Hasilatda ən çox azalma müşahidə olunan ölkə Küveytdir. Belə ki, bu ölkədə gündəlik hasilat 140 min barel azalaraq 1 milyon 766 min barelə düşüb. İranda istehsal gündəlik 99 min barel, Liviyada isə 58 min barel azalıb.
Keçən ay OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı əvvəlki ayla müqayisədə 903 min barel artaraq gündəlik 39 milyon 68 min barel olub.
