Azərbaycan investisiya xərclərini 2 dəfə artırır

A- A A+

2027-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) 5,3 milyard manat olması nəzərdə tutulur.

NUHÇIXAN  xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Məlumata görə, bu, 2026-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 96,3 % və yaxud təxminən 2 dəfə çoxdur.

Gələn il investisiya xərcləri iqtisadi fəaliyyət xərclərinin 59,5 %-ni təşkil edəcək. Bu il üçün proqnoz 34,4 %-dir.

İnvestisiya xərclərinin 2028-ci ildə 5,5 milyard manat, 2029-cu ildə 5,6 milyard manat, 2030-cu ildə isə 5,7 milyard manat olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: