İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

A- A A+

Dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 2027-2030-cu illərdə ortalama 2,2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

NUHÇIXAN  Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 342 milyon manat, 3 milyard 554,1 milyon manat və 3 milyard 659,5 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşdirmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcəkdir. Yeni makro-fiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcəkdir. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılacaq. Bununla yanaşı, 2027-ci ildə 2 milyard 757,9 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: