Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

A- A A+

Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələr üçün özəl kapitalın rekord səviyyədə səfərbər edilməsini elan edib. Qrup 2026-cı maliyyə ilində əvvəlki illərə nisbətdə daha çox özəl kapital səfərbər etməyə müvəffəq olub.

Bankdan NUHÇIXAN-a verilən məlumata görə, Dünya Bankı Qrupu tərəfindən səfərbər edilən özəl kapital son dörd ildə üç dəfədən çox artıb ki, bu da 2022-ci maliyyə ilindəki 35 milyard dollardan 2026-cı maliyyə ilində 112 milyard dollara qədər çatıb.

“Azərbaycanda Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində təxminən 100 milyon dollar məbləğində özəl kapital səfərbər edib. Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi (Country Partnership Framework) ölkənin daha rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyata keçidinə dəstək üçün yol xəritəsini müəyyən edir. Çərçivə sənədi iki məqsəd - məhsuldarlığın və daha yaxşı iş yerlərinin artırılması, eləcə də dayanıqlılığın və davamlılığın artırılması üzərində qurulub. Çərçivə sənədi iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın inkişafına və dayanıqlı maliyyəyə çıxışın genişləndirilməsinə yönəlib. O ticarət və tranzit üçün Orta Dəhlizin inkişafını, rəqəmsal infrastrukturun təkmilləşdirilməsini, habelə süni intellekt kimi yeni texnologiyaların tətbiqini dəstəkləyir. Eyni zamanda, özəl kapitalın səfərbər edilməsini, bərpaolunan enerji layihələrinin genişləndirilməsini və suyun istifadəsində səmərəliliyin artırılmasını nəzərdə tutur”, - deyə bankın məlumatında bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: