Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 29 milyard 730,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 0,32 faiz azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, hesabat dövrü ərzində qaz nəqlinin 56,7 faizi (16 milyard 862,6 milyon kubmetr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
