Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

A- A A+

Azərbaycanda Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin siyahısı açıqlanıb.

İcbari Sığorta Bürosundan (İSB) NUHÇIXANA-a bildirilib ki, Yaşıl Kart sistemi üzrə büronun iştirakçısı olan sığorta şirkətləri “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC və “Xalq Sığorta” ASC-dir.

Məlumatda bildirilib ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici və ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərir, həmçinin Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Yaşıl Kart sistemi beynəlxalq avtomobil səfərləri zamanı nəqliyyat vasitələrinin mülki məsuliyyətinin sığortalanmasını təmin edən mexanizmdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: