Yanvar-sentyabr aylarında kənd təsərrüfatında 11 milyard 905,3 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çox kənd təsərrüfatı məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz artıb.
Kənd təsərrüfatı məhsullarının yığımı davam edir və oktyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 420,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz çox dənli və dənli paxlalı bitkilər, 3457 min ton (0,1 faiz çox) yem bitkiləri, 1 milyon 583,2 min ton (5,2 faiz az) tərəvəz, 864,8 min ton (1,1 faiz az) kartof, 842,6 min ton (5 faiz çox) meyvə və giləmeyvə, 441 min ton (3,9 faiz az) bostan məhsulları, 205,9 min ton (40,5 faiz çox) şəkər çuğunduru, 156,4 min ton (5,2 faiz az) üzüm, 32,2 min ton (11,6 faiz çox) dən üçün günəbaxan, 22 min ton (4,2 faiz çox) pambıq, 6 min ton (2,1 faiz az) tütün, 1199 ton (7,1 faiz çox) yaşıl çay yarpağı yığılıb.
