Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin yanvar-aprel aylarında 40 milyon 232 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 7940 tona, süd istehsalı isə 25 min 676 tona yaxın olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı isə 1,6 faiz artmışdır