Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 767 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,4 faiz çoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
İxrac olunan neft məhsullarının dəyəri isə 2,1 dəfə artaraq 570,3 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 503,4 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 273,8 milyon dollar olub.
