Azərbaycanın ixrac etdiyi neft koksunun dəyəri 2 dəfəyədək artıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan neft koksunun ixracı illik müqayisədə 43,8 faiz artaraq 213 min ton təşkil edib.

NUHÇIXAN  Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,91 dəfə artaraq 85 milyon 334,95 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin eyni aylarında Azərbaycandan 148,1 min ton və ya 44 milyon 737,37 min dollar dəyərində neft koksu ixrac edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: