Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 15 milyon 829,6 min ton təşkil edib. Bu da illik müqayisədə 6,9 faiz azalma deməkdir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 10 milyard 103,5 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədən 16 milyon 996,2 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 8 milyard 938,9 milyon dollar təşkil edib.
