Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə qazla təmin olunur

A- A A+

Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur.

NUHÇIXAN  xəbər verir ki, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev 2023–2025-ci illərdə azad edilmiş ərazilərdə qazlaşdırma istiqamətində görülən işləri açıqlayarkən bildirib.

O qeyd edib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad olunmuş ərazilərin qazlaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir: "Azəriqaz” 2023-cü ildə Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdərə və Ağdam rayonlarında 22 yaşayış məntəqəsinin qaz təminatı məqsədilə ümumilikdə 101,43 kilometr, 2024-cü ildə isə Laçın, Cəbrayıl, Kəlbəcər və Ağdərə rayonlarında 4 yaşayış məntəqəsi üzrə 56,16 kilometr daşıyıcı və paylayıcı qaz kəməri çəkilib: "Həmçinin Xankəndi şəhərində 53,5 kilometr paylayıcı qaz kəməri işçi vəziyyətə gətirilib və yaşayış binaları, sosial və təhsil obyektlərinin qazanxanalarının təbii qazla təminatı həyata keçirilib. 2025-ci ilin köç qrafikinə uyğun olaraq birlik tərəfindən Şuşa, Ağdərə, Xocavənd və Xocalı rayonlarında 26 yaşayış məntəqəsinin qazlaşdırılması üçün 165,67 kilometr yeni qaz kəməri çəkilib, 64,2 kilometr xətt isə bərpa olunub. Bundan əlavə, Laçın və Zəngilan rayonlarında, Xankəndi şəhərində müxtəlif təyinatlı obyektlərin qaz təminatı üçün 20,42 kilometr uzunluğunda daşıyıcı qaz kəməri çəkilib".

Q.Abdullayev bildirib ki, qqazlaşdırma layihələrinin icrası Böyük Qayıdış prosesinin mühüm infrastruktur istiqamətlərindən biri kimi davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: