Baş katib: Zəngəzur dəhlizinin açılması dünya iqtisadiyyatına təkan verəcək

A- A A+

Zəngəzur dəhlizinin açılması dünya iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və regionda sülhün möhkəmlənməsinə töhfə verə bilər.

NUHÇIXAN Qırğızıstanın “Kabar” agentliyinə istinadla xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev Bişkekdə keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) XV plenar iclasında bildirib.

Onun sözlərinə görə, uzunluğu təxminən 40 kilometr olan dəhliz nəqliyyat imkanlarını genişləndirməyə, Mərkəzi Asiyadan Avropaya xammal və digər malların daşınmasını asanlaşdırmağa imkan verəcək.

“Bu dəhlizin açılması təkcə regiona deyil, dünya iqtisadiyyatına da təkan verəcək, həmçinin yeni iş yerlərinin yaradılmasına, xalqlar arasında münasibətlərin möhkəmlənməsinə və regionda sülhün bərqərar olmasına kömək edəcək”, - deyə Asəf Hacıyev vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: