Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində 34 mindən çox şəxs qəbul edilib

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 34 min 15 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən NUHÇIXAN bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və sair məsələlərlə bağlı 49 min 341 xidmət göstərilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Ümumi xidmətlərin 82 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Yanvar–sentyabr aylarında vergi ödəyicilərinə 891 min 544 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 89 görüş keçirilib, 526 sayda ünvanlı xidmət göstərilib. Yanvar–sentyabr ayları ərzində 3494 müraciət üzrə 5964 “ASAN İmza” sertifikatı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: