Azərbaycan iyulun 6-9-da Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyası təşkil edəcək.
NUHÇIXAN xəbər verir ki, ixrac missiyası spirtli içkilər və sənaye sektorunu əhatə edəcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu missiyada iştirak üçün sənəd qəbulu elan edib. İxracatçılar müsabiqə əsasında seçiləcək.