Naxçıvanda hava nəqliyyatı ilə sərnişin və yük daşınması artıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatı ilə 667,1 min sərnişin və 10,9 min ton yük daşınıb.

Naxçıvanın Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,1 % və 5,8 % çoxdur.

9 ayda muxtar respublikada daşınan sərnişinlərin 1,8 %-i hava nəqliyyatının payına düşüb. Yük daşımalarında isə hava nəqliyyatının payı isə 0,2 % təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: