Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında təsis edilən “İnformasiya-kommunikasiya texnologiyaları” üzrə Texniki Komitənin (AZSTAND/TK 05) növbəti iclası keçirilib.
AZSTAND-dan NUHÇIXAN-a bildirilib ki, iclasda Fəaliyyət Planına uyğun görülmüş işlər, o cümlədən İKT sahəsində 7 yeni dövlət standartının layihəsi müzakirə edilib və aktual hesab edilən əlavə standartların hazırlanması qərara alınıb.
Bundan əlavə, AZSTAND/TK-05-in ISO/IEC JTC 1 İnformasiya texnologiyası standartlaşdırma üzrə beynəlxalq Texniki Komitədə milli “güzgü komitə” qismində fəaliyyət göstərməsi məsələsinə nəzər salınıb.
Sonda Texniki Komitənin fəaliyyətində iştirakla bağlı müraciətlər nəzərə alınaraq AZSTAND/TK 05-in tərkibinə yeni üzvlər qəbul olunub.
