Azərbaycandan Hindistana məhsul ixracının dəyəri 7 dəfə artıb

A- A A+

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana 413 milyon 65,9 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7 dəfə və ya 353 milyon 929,44 min dollar artım deməkdir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabat dövrü ərzində Azərbaycan Hindistandan 165 milyon 435,98 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 1,5 faiz və ya 2 milyon 583,3 min dollar azdır.

Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 1,73 faizini, ümumi idxalının isə 1,24 faizini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumilikdə 23 milyard 864 milyon 746,88 min dollar dəyərində mal ixrac olunub. İdxalın ümumi dəyəri isə 13 milyard 345 milyon 919,76 min dollar təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: