Azərbaycan və Böyük Britaniya arasında iqtisadi tərəfdaşlıq müzakirə edilib

A- A A+

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrinin strateji tərəfdaşlıq istiqamətində inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

NUHÇIXAN  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, müzakirələr Birləşmiş Krallığa işgüzar səfər çərçivəsində bu ölkənin Baş nazirinin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşdə baş tutub.

Eyni zamanda görüşdə sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması imkanları barədə fikir mübadiləsi aparılıb. Ölkələrin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniyanın təcrübə, texnologiya və maliyyə imkanlarından istifadənin əhəmiyyəti vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: