ASCO-nun bərə-gəmiləri ilə avtotexnika daşımaları 12 faiz artıb

A- A A+

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə avtotexnika daşımalarının həcmi cari ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

ASCO-dan NUHÇIXAN-a bildirilib ki, bu ilin ilk doqquz ayında bərə-gəmiləri ilə 32 min 380 ədəd avtotexnika daşınıb. Ötən ilin eyni dövründə bu göstərici 28 min 847 ədəd təşkil edib. Beləliklə, daşınan avtotexnikanın sayı 12 faiz artıb.

Avtotexnikanın tonla ifadə olunan daşınma həcmində də artım müşahidə edilib. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında bərə-gəmiləri ilə 837 min 557 ton avtotexnika daşınıb. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 725 min 966 ton olub. Nəticədə daşımaların həcmi 15 faiz artıb.

Hesabat dövründə bərə-gəmiləri ilə tranzit avtotexnika daşımalarının həcmi də yüksəlib. Belə ki, tranzit daşımalar 776 min 744 ton təşkil edərək ötən ilin eyni dövrünün göstəricisini 11 faiz üstələyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: