Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana 524 min 337,96 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə və ya 416 min 851,84 ton artım deməkdir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İxrac olunan xam neftin dəyəri 399 milyon 206,99 min dollar təşkil edib ki, bu da illik müqayisədə 7,5 dəfə və ya 345 milyon 672,59 min dollar çoxdur.
Doqquz ayda Hindistana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,31 faiz olub.
Hesabat dövrü ərzində gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neftə dair məlumatlar nəzərə alınmaqla Azərbaycandan dəyəri 10 milyard 103 milyon 482,51 min dollar olan 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
