Hesablama Palatası Vyetnam Dövlət Audit Ofisi ilə təcrübə mübadiləsinin genişləndirilməsinə dair fikir mübadiləsi aparıb - FOTOLAR
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dəyişən dünyada ali audit orqanları: vizyon, institusional çərçivə və innovasiya” mövzusunda yüksəksəviyyəli beynəlxalq konfransda iştirak etmək məqsədilə Vyetnam Sosialist Respublikasında səfərdədir.
Palatadan NUHÇIXAN-a bildirilib ki, səfər çərçivəsində Hesablama Palatasının nümayəndə heyəti Vyetnam Dövlət Audit Ofisinin baş auditoru Nguyen Hu Ngiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı iki ali audit orqanı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət imkanları müzakirə olunub.
Tərəflər dövlət auditinin təkmilləşdirilməsi, audit proseslərində innovativ yanaşmaların və rəqəmsal texnologiyaların tətbiqi, həmçinin peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.