Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb - FOTOLAR

A- A A+

Oktyabrın 27-də Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Almaniya–Azərbaycan biznes konfransı keçirilir.

NUHÇIXAN xəbər verir ki, konfransda qida məhsullarının emalı, qablaşdırma sistemləri, sənayenin avtomatlaşdırılması və müasir istehsal infrastrukturunun formalaşdırılması sahəsində qabaqcıl alman texnologiyaları təqdim olunacaq.

Tədbir çərçivəsində B2B formatında iş adamlarının görüşü keçiriləcək. Görüşlərdə Azərbaycan şirkətlərinə təşəbbüslər təqdim ediləcək, texnoloji tələbatlarını bildirmək və birbaşa əməkdaşlıq perspektivlərini müzakirə olunacaq.

Biznes konfransda Almaniyanın qida sənayesində fəaliyyət göstərən “Bühler GmbH”, “Elea Technology GmbH”, “HAVER & BOECKER OHG” kimi iri texnoloji şirkətlərinin nümayəndələri iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: