Azərbaycanda manatla pul kütləsi 21 %-dən çox artıb

A- A A+

Bu ilin oktyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 56 milyard 8,1 milyon manat təşkil edib.

NUHÇIXAN  Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 12,3 %, 2025-ci ilin oktyabrın 1-i ilə müqayisədə 16,7 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 45 milyard 117,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,6 %, ilin əvvəlinə nisbətən 11,7 %, ötən ilin oktyabrın 1-i ilə müqayisədə 21,3 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 34 milyard 483,8 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 7,15 %, 2025-ci ilin oktyabrın 1-i ilə ilə müqayisədə 17 % çoxdur.

Oktyabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 19 milyard 126,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,2 % az, ilin əvvəlinə nisbətən 6,6 %, ötən ilin oktyabrın 1-i ilə müqayisədə 12,4 % çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: