Mariam Kvrivişvili: Gürcüstan və Azərbaycan Orta Dəhliz çərçivəsində regional nəqliyyat şəbəkəsinin inkişafına töhfə verir

A- A A+

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın 11-ci iclasında əsas diqqət yetirilən sahələrdən biri də ticarət əlaqələrinin dərinləşdirilməsi və enerji sektorunda əməkdaşlığın gücləndirilməsi olub. Bu xüsusda elektrik enerjisi və təbii qaz sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

NUHÇIXAN  xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili deyib.

Onun sözlərinə görə, nəqliyyat sektorunda əməkdaşlığa da geniş yer ayrılıb: “Bu sahədə Gürcüstan və Azərbaycanın xüsusi rolu var. Hər iki ölkə Orta Dəhliz çərçivəsində nəqliyyat imkanlarının və regional nəqliyyat şəbəkəsinin inkişafına mühüm töhfə verir.

Tərəflər nəqliyyat infrastrukturunun yenilənməsi və modernləşdirilməsi, eləcə də Gürcüstanın regional nəqliyyat əhəmiyyətini daha da artıracaq layihələr barədə ətraflı fikir mübadiləsi aparıblar. Gürcüstanın əsas hədəflərindən biri 2029-cu ilədək nəqliyyat şəbəkəsinin imkanlarını genişləndirmək, liman infrastrukturunu və digər istiqamətləri inkişaf etdirməkdir”.

Nazir deyib ki, Anakliya dərin dəniz limanında aparılan tikinti işləri və hökumətin 2029-cu ildə limana ilk gəminin qəbul edilməsi ilə bağlı planı da müzakirə olunub: “Bununla yanaşı, iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinə toxunulub. Bu münasibətlər müxtəlif sahələrdə məsələlərin müsbət həllinə və hər iki ölkənin iqtisadi inkişafına töhfə verir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: