Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

A- A A+

Noyabrın 3-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

SOCAR-dan NUHÇIXAN-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin enerji sektorunda da uğurla inkişaf etdiyi vurğulanıb.

Tərəflər SOCAR ilə “KazMunayGas” arasında 2024-cü ildə imzalanmış Strateji Əməkdaşlıq Memorandumu üzrə görülən işləri, o cümlədən Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması istiqamətində əməkdaşlığın genişləndirilməsi və enerji sektorunun müxtəlif sahələrində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: