Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri növbəti ildə 510 milyon manat olaraq qiymətləndirilir.
NUHÇIXAN xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
“Bu, 2025-ci illə müqayisədə gəlir üzrə 59 milyon manat, xərc üzrə isə 64 milyon manat daha çoxdur. Faiz nisbətində göstərsək, ötən illə müqayisədə Naxçıvan Muxtar Respublikasının büdcəsi 14,5 faiz artacaq”, - deyə nazir bildirib.
