Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

A- A A+

Cari ilin ötən dövründə geosiyasi münaqişələr fonunda qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş qlobal inflyasiyanı artırıb.

NUHÇIXAN  xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, cari ilin sentyabrında qlobal əmtəə qiymətləri indeksi illik 32,8 faiz artırılıb. Hesabata əsasən, qlobal iqtisadi artımın 2026-cı ildə 3,1 olacağı proqnozlaşdırılır. Bu da ötən ildəki 3,5 faizlik artımdan azdır”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: