Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər növbəti ildə 643 milyon manat olacaq.
NUHÇIXAN xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O bildirib ki, 2025-ci illə müqayisədə bu, 115 milyon manat və ya 22 faiz çoxdur: “Mənzil və kommunal təsərrüfatı xərcləri 335 milyon manat olacaq. Yenə də əvvəlki illə müqayisədə 3,9 faiz çoxdur. Kənd təsərrüfatı xərclərimiz 1,4 milyard manat olacaq. Bu da 2025-ci illə müqayisədə 258 milyon manat və ya 23 faizlik artım deməkdir”.
