Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib

A- A A+

İşğaldan azad edilmiş ərazilərin bərpasına 2020–2026-cı illərdə büdcədən 26 milyard manata yaxın vəsait yönəldilib. İndi növbəti vəzifə Böyük Qayıdışın iqtisadi bazasını — istehsalı və iş yerlərini artırmaqdır.

NUHÇIXAN xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Aparat rəhbəri bildirib ki, Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarında 60 sahibkarlıq subyekti qeydiyyatdan keçib, təqribən 3 milyard manatlıq məhsul istehsal olunub. Ümumilikdə bu ərazilərdə özəl sektorun 1300-dən çox layihəsi həyata keçirilir.

“Cari ilin sentyabr ayında keçirilmiş İkinci Beynəlxalq İnvestisiya Forumunda 23 investisiya sənədi imzalanıb. İki forumda imzalanmış investisiya müqavilələrinin ümumi dəyəri 20 milyard dolları ötür”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: